Zelenski bununla bağlı Qərbə söz verdi

Sadə xəbər
DÜNYA 12.09.2024 2416

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə  ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündə bildirib ki, Qərb silahlarının Rusiya Federasiyasının dərinliklərinə hücumları halında Ukrayna yalnız hərbi hədəflərdə maraqlı olacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri  yazıb. 

"Zelenski onlara Ukraynanın yalnız hərbi məqsədlərlə maraqlandığını bildirib və ölkəsinin yaxın aylar üçün planlarını müzakirə edib”, - agentlik bildirib.

Sentyabrın 11-də Zelenski Kiyevdə Blinken və Lammi ilə çox mənalı və uzun söhbət etdiyini açıqlayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top