Sadə xəbər
Şərqi Afrika ölkəsi Uqandanın paytaxtı Kampalada evdən 24 kəllə sümüyü aşkarlanıb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, özünü şəfaçı elan edən Qodfrin adlı kişi hadisəyə görə saxlanılıb.
Bildirilir ki, kişi 24 insanı dini ayinlərinə görə qurban verib. Axtarışlar zamanı evdən insana məxsus çox sayda sümük tapılıb. Polis Qodfrinin "məqbərə" olaraq təsvir etdiyi iqamətgahda daha çox insan qalıqları tapa biləcəyini düşünərək axtarışlarını davam etdirir.
Qodfri ölkədə qüvvədə olan “İnsan qurbanlığının qarşısının alınması və qadağan edilməsi haqqında qanun” əsasında mühakimə olunacaq.
Bildirilir ki, şübhəli şəxs təqsirli bilinərsə, ona ömürlük həbs cəzası verilə bilər.