95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizədliyi irəli sürmüş Jalə Əliyevanın din xadimləri və ağsaqqallar ilə görüşü keçirilib.
Saat24.Az xəbər verir ki, görüş Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə xanım namizədin vəkilləri ilə yanaşı Zərdab və rayonunun kəndlərindən olan din xadimləri və ağsaqqallarda iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vəkillər çıxış edərək Jalə Əliyevanın seçki platformasından danışaraq seçiləcəyi halda seçicilərin problemlərinin Milli Məclisdə qaldıracağını və onların həllinə yardımçı olacağını xüsusi vurğulayıblar.
Jalə Əliyeva seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib.
Jalə Əliyeva palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb, parlament seçkilərinə qatılmaqda məqsəd və məramını açıqlayıb. Seçicilərlə hər görüşün yadda qalan olduğunu deyən xanım namizəd vurğulayıb ki, məqsədi dövlətə və millətə xidmət etməkdir: “Cənab Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük inkişafa nail olub. Sizlərin etimadı ilə bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyirəm. Ona görə də deputatlığa namizədliyimi irəli sürmüşəm və sizlərdən dəstək istəyirəm”.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildiriblər.
Din xadimləri və ağsaqqallar çıxış edərək əminliklə bildiriblər ki, sentyabrın 1-də Jalə Əliyevaya səs verəcəklər.
Sonda xatirə şəkli çəkdirilib.
Qanunla.Az Vüqar Rəhimov