Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 95 saylı Zərdab -Kürdəmir-Ucar Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, professor Jalə Əliyeva seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
Qanunla.Az xəbər verir ki, növbəti görüş Kürdəmir rayonunun Qocalı kəndində Qocalı, Xəlsə , Beyi , Pirəköcə kənd seçiciləri ilə keçirilib.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzərək xatirələrini yad edilib.
Şəhidlərimizin əziz xatirələri dərin ehtiramla 1 dəqiqəlik sükutla yad edilib.
Xanım namizədin vəkilləri çıxış edərək Jalə Əliyevanın deputat kimi gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat veriblər.
Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Jalə Əliyeva Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.
Xanım namizəd bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Jalə Əliyeva “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan danışaraq bildirmişdir ki, “Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.
Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Jalə Əliyevaya yekdilliklə dəstək ifadə ediblər.Seçicilər qeyd ediblər ki, Jalə Əliyeva hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Jalə Əliyevaya səs verəcəklər.
Saat24.Az Arzu Raminqızı