Jalə Əliyevanın təbliğat-təşviqat kampaniyası bu dəfə Kürdəmir rayonunun Söyüdlər kəndində baş tutub -FOTO

Sadə xəbər
CƏMİYYƏT 20.08.2024 2596

Xanım namizədin Seçki Qərargahından Saat24.Az-a verilən məlumata görə, günün ikinci yarısında 95 saylı Zərdab-Kurdəmir-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva təbliğat-təşviqat kampaniyasını Kürdəmir rayonunun Söyüdlər kəndində Köhunlu , Şovla, Qara Mahmudlu, Şüşün kəndlərinin sakinləri ilə görüşməklə davam etdirib.

100-lərlə seçicinin iştirak etdiyi görüş namizədin vəkillərinin çıxışı ilə başlayıb. Çıxış edən vəkillər namizədin keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, haqqında seçicilərə ətraflı və geniş məlumat veriblər.

Görüşlərdə ölkədə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasından və konkret olaraq seçki dairəsində görülmüş işlərdən geniş danışılıb.

Seçicilərlə görüşdə deputatlığa namizəd Jalə Əliyeva çıxış edərək seçicilərdən ona ünvanlanan xoş sözlərə görə təşəkkür edib, onların etimadını doğruldacağını bildirib.

Deputatlığa namizəd eyni zamanda namizəd olduğu dairədə görüləcək işlərdən, platformasında nəzərdə tutulan təkliflərdən, gənclərlə bağlı həyata keçiriləcək layihələrdən danışıb. Namizədin çıxışı seçicilər tərəfindən bəyənilib və dəstəklənib.

Görüşdən sonra kənd sakini Əzizə Hüseynovanın xahişi ilə evınə baxış keçirilmış və problemləri dinlənilmışdir.Jalə xanım yaxın günlərdə Əzizə xanımın probleminin həll olunmasında köməklik edəcəyinə söz vermişdir.

Görüşdə iştirak edən seçicilər növbəti dəfə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Jalə Əliyevanın namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top