Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI

Sadə xəbər
Sosial 12.08.2024 2905

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub.

Bu barədə "Saat24.az"a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I yarımilində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 237 milyon 70 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 92 milyon 100 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% çoxdur.

Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Cari ilin yanvar-iyun aylarında Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 85 milyon 623 min manat olub ki, bu da 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 65.1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə paytaxtın üç rayonunda ictimai iaşə dövriyyəsi azalıb, doqquz rayonunda isə artıb.

Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 65.1% artım) və Suraxanı (30.1% artım) rayonlarında, ən yüksək azalma faizi isə Sabuncu ( 22% azalma) və Xəzər ( 9.1% azalma) rayonlarında qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top