Sadə xəbər
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim olunub.
"Saat24.az" xəbər verir ki, avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Aslanov kollektivə təqdim edilib. Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.
R.Aslanov bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.