Manşet
İraq və Səudiyyə Ərəbistanı sərhədində ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın kolonlarının hərəkəti qeydə alınıb.
"Saat24.az" xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Arar keçid məntəqəsində bir neçə Amerika hərbi karvanı müşahidə edilib. Qoşunların köçürülməsi İranın İsrailə gözlənilən hücumuna hazırlıqla bağlı ola bilər.
Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən və Beyrutda hərbi qanadının komandirlərindən birinin ləğvindən sonra başlayıb.