İdmançımız Olimpiya Oyunlarına məğlubiyyətlə başladı

Sadə xəbər
CƏMİYYƏT 27.07.2024 4162

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Saat24.az" xəbər verir ki, idmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda vəsiqə qazanacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top