Pxenyan yenə Cənubi Koreyaya hava şarları atıb

Sadə xəbər
DÜNYA 24.07.2024 2873

Şimali Koreya yenidən zibilin olduğu güman edilən şarları havaya qaldırıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb. 

“Şimali Koreya növbəti dəfə Cənubi Koreyaya zibil daşıyan hava şarları göndərib”, - məlumatda deyilir.

Bildirilir ki, hava şarları Gyeonggi vilayətinin şimal hissəsinə göndərilib. Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri vətəndaşları yerə düşən hava şarlarına toxunmamağa və polisə məlumat verməyə çağırıb.

Mayın 28-dən bəri Şimali Koreya ordusu KXDR-ə anti-Pxenyan vərəqələri göndərən Şimali Koreyadan qaçan fəallara cavab olaraq 2000-dən çox zibil balonunu havaya buraxıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top