Ötən gün 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sadə xəbər
Kriminal 12.07.2024 3003

İyulun 11-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Saat24.az"a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 çətənə kolu aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - məlumatda bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top