Adil Əliyev Ulu Öndər Heydər Əliyevin Hakimiyyət illəri adlı tədbirdə iştirak edib -Foto

Sadə xəbər
CƏMİYYƏT 11.07.2024 2430
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdim etdiyi Ulu Öndər Heydər Əliyevin  hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunmuş "Dövlətə və xalqa xidmətin ali meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət illəri" adlı tədbirdə iştirak edib. 
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzələrək, əziz xatirəsinə yüksək hörmət və ehtiram izhar olunub. 
Suraxanı Rayon Heydər Əliyev Mərkəzini ziyarət edən Rayon İcra Hakimiyyətinin başçısına Ulu Öndərin Suraxanı rayonuna səfərləri, keçirdiyi görüşlər barədə geniş məlumat verilib.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyevi unudulmaz edən səbəblər - Sovet və Müstəqillik dönəmi" adlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Ulu Öndər Heydər Əliyev fenomenindən bəhs edərək, qüdrətli Azərbaycanın  Ümummilli Liderin sənət əsəri olmasını qeyd edib. 
O, bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi illər tariximizdə xüsusi yer tutub. 1969-cu ilin 14 iyul tarixində başlanan tariximizin şanlı səhifəsi uğurla davam edib. Məhz Ümummilli Liderin gərgin əməyi nəticəsində Sovet Azərbaycanının keçmiş SSRİ-nin ən güclü dövlətlərindən birinə çevrilməsini qeyd edərək, bu dövrdə ölkəmizdə aparılmış genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib. Eləcə də, 1993-cü ildə dövlətimizin ağır günündə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ölkəmizin parçalanmaq təhlükəsini sovuşdurmasından, dövlətimizin süqutunun qarşısının alınmasından bəhs edib. Məhz bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin sənət əsəri olmasını qeyd edərək, Liderin qoyduğu siyasi xəttin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. 
Daha sonra şəhid atası Əlixan Əliyev,  Respublikanın əməkdar artisti, rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bütün ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin daim yaddaşlarda böyük sevgi ilə yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda uzun illər səmərəli fəaliyyətinə görə YAP Suraxanı Rayon Təşkilatının bir neçə partiya üzvü təltif olunub, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə yekunlaşıb.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top