Sadə xəbər
Qırğızıstan Prezidenti Sadır Japaovun qardaşı qızı Ləzzət Nurkojoyevanın nişanlısı həbs edilib.
"Saat24.az" Qırğızıstan mediasına istinadən xəbər verir ki, adı bir müddət əvvəl helikopter qalmaqalında hallanan Aftandil Sabırbekov avqustun 3-dək həbsdə qalacaq.
Aftandil Sabırbekov Qırğızıstan Cinayət Məcəlləsinin 282-ci maddəsinin 3-cü bəndi - “külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını hazırlama” ilə ittiham olunur.
Belə bir cinayət əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.