Ərdoğan-Əsəd görüşü Rusiyada baş tuta bilər

Sadə xəbər
DÜNYA 05.07.2024 2985

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında son 13 ildə ilk görüş Rusiyada baş tuta bilər. 

"Saat24.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Türkiyə" qəzeti Ankaradakı mənbələrinə istinadən danışıqların sentyabrda baş tuta biləcəyini iddia edib.

Nəşrin məlumatına görə, görüş yeri kimi Rusiya, Fars körfəzi ölkələri və İraq hesab edilir. Qeyd edilir ki, Dəməşq administrasiyası diqqətini İraqa yönəldərək hazırlaşır. Ankara görüşə hazırlıq prosesinin sakit olmasını istəyir. Danışıqların hansı ölkədə aparılacağı Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra bəlli olacaq. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top