"Putin növbəti sülh sammitinə dəvət oluna bilər" - Zelenski

DÜNYA 04.07.2024 3306

Rusiya prezidenti Vladimir Putin növbəti sülh sammitinə dəvət oluna bilər. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Bloomberg"ə açıqlayıb. 

Dövlət başçısının sözlərinə görə, o, rusiyalı həmkarının yaxın gələcəkdə mümkün danışıqlarda iştirak edəcəyini gözləmir.

Zelenski həmçinin qeyd edib ki, Ukraynadakı münaqişəyə ədalətli son vermək üçün ABŞ və Çin arasında birgə səylər lazımdır. Bu ölkələrin liderləri fikir ayrılıqlarını bir kənara qoysalar, vasitəçi kimi çıxış edə bilərlər. Üstəlik, Pekin müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərə bilər.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top