İş adamı qohumu tərəfindən silahlı hücuma məruz qaldı

Sadə xəbər
DÜNYA 04.07.2024 2685

Ankaranın Çankaya səmtində gecə saatlarında silahlı insident baş verib. 

"Saat24.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, evinə gedən iş adamı Nihat Karaarslan naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Bədəninə 3 güllə dəyən Karaarslan ağır yaralanıb. O, qısa zamanda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi də bəlli olub. 

Məlum olub ki, hadisəni törədən şəxs Karaaslanın qohumu C.A-dır. İnsident zamanı C.A da yaralanıb. O, iş adamının mühafizəçiləri tərəfindən saxlanılaraq, polisə təhvil verilib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top