Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan varmı? (RƏSMİ)

Sadə xəbər
DÜNYA 02.07.2024 4110
Saat24.az: - Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə Amerika Birləşmiş Ştatlarında da rast gəlinib. Meymunçiçəyi nadir bir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.

Bəs, Azərbaycanda meymunçiçəyi virusuna yoluxan varmı?

Səhiyyə Nazirliyi Media və Kommunikasıya şöbəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda meymunçiçəyi xəstəliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır:

"Qeyd edək ki, meymunçiçəyi çox nadir rast gəlinən virus xəstəliyidir. Meymunçiçəyi virusu ilə törədildiyindən, bu xəstəliyə belə ad verilib. İnsandan insana ötürülməsi təmasla və əsasən cinsi yolla baş verir. Bu günə kimi ölkə ərazisində meymunçiçəyi xəstəliyi ilə bağlı şübhəli hal qeydə alınmayıb. Onu da vurğulamaq istərdik ki, Azərbaycan meymunçiçəyi xəstəliyinə görə endemik ölkə hesab edilmir”.

Xatırladaq ki, 2024-cü ilin may ayında dünyada ən azı 646 mpoxa (meymunçiçəyi üçün yeni ad) yoluxma halı müəyyən edilib, 15-i ölümlə nəticələnib.

2022-ci ilin yanvar ayından bu günə qədər virusa yoluxanların sayı 97,7 mini keçib.
 
XƏBƏR LENTİ
08.11.2024 2295

DİGƏR XƏBƏRLƏR

Loading
Top