"Təhlükəsizliyin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır" - Deputat

CƏMİYYƏT 25.06.2024 2709

"Təhlükəsizliyin təmin edilməsi üçün yen təlimlər keçirmək lazımdır".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, yeni texnologiyalardan istifadə mütləqdir. S.Novruzov qeyd edib ki, ordu hər bir ölkənin dayağıdır: 

“Çünki ordu ölkənin möhkəmlənməsi, onun qorunmasına xidmət edən ən güclü qrupdur. Eyni zamanda təhlükəsizlik məsələsi dünyanın bir nömrəli məsələsinə çevrilib. Müşahidə edirik ki, digər yönümlərdə terror aktları baş verir. Dini yönümdə həyata keçirilən terrorlar birazdan etnik yönümə keçəcək. Bu qəbildən ölkələri daxildən parçalamaq, zəiflətmək, özlərinə tabe etdirmək böyük dövlətlərin taktikasıdır. Təbii ki, Azərbaycanda bu kimi halların qarşısı yüksək səviyyədə alınır. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarımız yeni təlimləri, texnologiyaları öz sıralarında tətbiq etməlidir”.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top