Gənc beyinə sahib olmaq üçün bu pəhrizdən istifadə edin

Manşet
GÜNDƏM 21.06.2024 4144

Çili Universitetinin və Kaliforniyadakı Buck İnstitutunun professoru Kristian Qonzalez-Billot deyir ki, keto pəhriz beyinə təsir edir, onun qocalmasını dayandırır və yaddaşı yaxşılaşdırır.

"Saat24.az" xarici KİV-ə  istinadən xəbər verir ki, professor ketonu gənc beyin üçün ən yaxşı pəhriz növü adlandırıb. 

Bildirilir ki, keto pəhrizinin effektivliyi yalnız siçanlar üzərində sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Bununla belə, onun fikrincə, təcrübə qocalıqda beyin funksiyasını yaxşılaşdırmaq üçün yeni yanaşmaların inkişafına yol açır.

Ketogenik pəhriz karbohidratları yağlarla əvəz edərək hüceyrələr üçün enerji mənbəyini dəyişdirir. Bu cür dəyişikliklər hüceyrələrin öz funksiyalarını yeni bir enerji substratında - yağda saxladığı metabolik dəyişikliyə səbəb olur

Qonzales-Billot əlavə edib ki, bu metabolik dəyişiklik ketoz adlanır. Pəhriz 75 faiz yağdan ibarət olsa, buna nail olmaq olar. Bioloqun sözlərinə  görə, ketoz vəziyyətində beyində yaddaşa cavabdeh olan hüceyrələr arasında əlaqələri yaxşılaşdıran molekulyar səviyyədə dəyişikliklər baş verir.

O, bildirib ki,  insanların çoxu keto pəhrizinə sadiq qala bilməz, çünki bu, qida seçimlərində ciddi məhdudiyyətlər tələb edir. Hətta, yemək pozğunluğunun inkişaf riski də var. Bundan əlavə, uzun müddətli istehlak yağ turşuları və xolesterol balansını pozur, bu da qaraciyər və ürək xəstəliklərinin inkişaf riskini artırır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top