Bakıda yaşayış binasında yanğın - VİDEO

HADİSƏ 20.06.2024 2327

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Saat24.az" xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.
 

XƏBƏR LENTİ
13.07.2024 2884

DİGƏR XƏBƏRLƏR

Loading
Top