Zod qızıl mədəninin direktoru DÖYÜLDÜ

Sadə xəbər
DÜNYA 20.06.2024 3024

“Geopromining Gold” MMC-nin Zod qızıl mədəninin direktoru Ermənistanın Geqarkunik rayonunda döyülüb. 

"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Bildirilib ki, naməlum şəxslər Arayik M. adlı direktorun evinə gələrək ona və evdə olan direktor müavini Sahak M., “Geopromining Gold” MMC-nin Zod qızıl mədənində mühəndis işləyən Harutyun H. və mədənin mühafizə rəisinin müavini Karen G.-yə hücum ediblər. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Polis hadisənin aydınlaşdırılması və şübhəlilərin tapılması üçün müvafiq tədbirlər görür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top