Manşet
Goranboyda narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb.
Araşdırmalarla zamanı Ə. Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.