Elnur Allahverdiyev 1026 ailəyə qurban payı paylayıb -Foto

CƏMİYYƏT 16.06.2024 1162
Milli məclisin deputatı Elnur Allahverdiyevdən təqdirəlayiq addım.

Saat24.Az xəbər verir ki,bu sözləri millət vəkili Elnur Allahverdiyev rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.


İslam dünyasının ən müqəddəs günlərindən biri - Qurban bayramını qeyd edirik. Bu gün müsəlman aləminin birlik və həmrəylik rəmzlərindən biridir. Qurban bayramı hər birimizin dostlarımızla, qonum-qonşularımızla, yaxınlarımızla mənəvi bütövləşməmiz üçün dinimizin buyurduğu ali məqamdır.
Bayramı dairəmizin şəhid və qazi ailələri ilə, aztəminatlı sakinlərimizlə daha yaxından qeyd etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Bələdiyyəsi və sosial tərəfdaşlarımızla birlikdə növbəti aksiyamızı reallaşdırdıq. Sosial aksiya çərçivəsində könüllülərimiz və komanda üzvlərimiz dairəmizin 1026 ailəsinə baş çəkib bayram payımızı çatdırdılar.
Bu səmimi niyyətimizin həyata keçməsi yolunda əməyi olan hər kəsə təşəkkür edirəm. Partiyamızın Yasamal Rayon Təşkilatının yorulmaz rəhbərliyi və kollektivinə, Yasamal Bələdiyyəsinin əməkdaşlarına, sosial tərəfdaşlarımıza, "Əsər ət" MMC-yə, "Tayqa Ticarət" şirkətinə, 166 yük daşıma xidmətinə göstərdikləri dəstək və zəhmətə görə çox sağol deyirəm. Nə qədər ki, həmrəyik, bütün işlərimiz rəvan olacaq. Necə ki, dövlətimiz, Prezidentimiz və xalqımızın birliyi qarşımızda duran tarixi məqsəd - ərazi bütövlüyümüzün təmin edilməsinə yol açdı. 
Allah kəsilən bütün qurbanları qəbul etsin! Gücümüz birliyimizdədir!


 
XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top