Argentina hökuməti daha 50 min məmuru işdən çıxaracaq

DÜNYA 06.06.2024 2409

Argentina hökuməti dövlət sektorunda çalışan işçilərin sayını daha 50 min azaldacaq.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley məlumat yayıb. 

"Dövlətin bütün strukturu yarıya endirilib. Bu, baha başa gəldi, biz insanları işdən çıxardıq. Ümumilikdə biz 75 min insanı ixtisar edəcəyik, 25 min nəfər artıq ixtisar edilib",  - o, Latın Amerikası İqtisadi Forumunda çıxışı zamanı deyib.

Miley etiraf edib ki, onun islahatları həssas və orta təbəqəni vurub. Onun sözlərinə görə, görülən dəstək tədbirləri vətəndaşların narazılığının qarşısını almağa kömək edib.

2023-cü il dekabrın 10-da prezident kimi fəaliyyətə başlayan Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinə ehtiyac olduğunu bildirib. Libertar siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarıdır və Argentinanın iqtisadi problemlərinin həllini xərcləri azaltmaqla büdcə kəsirindən xilas olmaqda görür. Argentina Katolik Universitetinin tədqiqatçılarının fikrincə, Miley hökumətinin şok tədbirləri fonunda ölkədə yoxsulluq səviyyəsi ilin birinci trimestrində 55%-ə yüksəlib. Dekabrda bu göstərici 49,5% təşkil edib.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top