Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

Sadə xəbər
CƏMİYYƏT 31.05.2024 2711

Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top