Mərkəzi-Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov hara baxır - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 28.05.2024 2700

 

Mərkəzi-Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortopiano müəlliməsi Rəvanə Ələkbərova görün nələr danışır!

Bu kadrlara baxandan sonra maraqlı suallar yaranır ki, Mərkəzi-Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov rəhbər olaraq görəsən hara baxır və o nə işlə məşğuldur? Müəllimə açıq etiraf edir ki, mənim "şərəf və ləyaqətim" təhqir olunur.

Maraqlıdır, necə olub ki, bu xanım bu həddə çatdırılıb və bunu son həddə kimi heç kim görməyib? Demək ki, Mərkəzi-Aran Regional Mədəniyyət İdarəsinin apardığı mədəniyyət siyasəti formaldır. Bir halda ki, bir müəllimə bir məktəbdə təqib olunursa, intihar etmə həddinə çatırsa və bunu rəhbərlik görmürsə və ya görüb özünü görməməzliyə vurursa deməli həmin rəhbərin özü ciddi məsuliyyətə cəlb olunmalıdır! Bu hala görə heç kim özünü təmizə çıxarda bilməz. Rəhbər görməlidir, bilməlidir və baş verə biləcək hadisələrə qarşı qabaqlayıcı tədbirlər görməlidir. Müəllimə son həddə çatıb, bezib ölkə rəhbərinə, Cənab Prezidentə, hörmətli Mehriban xanıma və hüquq mühafizə orqanlarına kömək üçün müraciət edirsə deməli rəhbər yerində deyil!

Ətraflı videomaterialda:


Mənbə Dialoq.Az
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top