![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/5/15/1/bc93a346-034c-4334-a079-a1ba00d8984d/1715718243???-????????.jpg)
Ukraynanın bütün vilayətlərində enerji sistemində böyük defisit yarandığı üçün elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.
"Saat24.az" xəbər verir ki, bu barədə “Ukrenergo” şirkəti məlumat yayıb.
Fövqəladə fasilələr mayın 14-ü, çərşənbə axşamı saat 21:00-dan başlayaraq 15 may çərşənbə axşamı gecə yarısına qədər davam edəcək.
Sənaye istehlakçıları üçün elektrik enerjisinin məhdudlaşdırılması cədvəlləri gün ərzində qüvvədə olacaq.