İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

CƏMİYYƏT 09.05.2024 2940

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım edilib.

"Saat24.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir.

Bildirilib ki, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb.

Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top