Sadə xəbər
İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun Dəməşq yaxınlığındakı mövqelərinə hücum edib.
"Saat24.az" xəbər verir ki, bu barədə Suriya Hərbi Hava Qüvvələri Komandanlığı bəyanat yayıb.
“İsrail mayın 2-i işğal altındakı Qolan təpələrindən Dəməşq yaxınlığındakı hərbi obyektlərə hava hücumu həyata keçirib. Nəticədə 8 əsgər yaralanıb və maddi ziyan dəyib”, - bəyanatda deyilir.