![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/5/2/1/7f3dc4d9-3623-4a74-95a0-f53052c553a1/15762408245a3cf0f349f06_saxlanldi.jpg)
Mayın 1-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən "Saat24.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.