Bu ölkədə hərbçilər silahlarını alverçilərə satıblar

DÜNYA 01.05.2024 2948

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb.

Ölkə rəhbəri itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərinə silah satdığını deyib.

Kolumbiyanın müdafiə naziri də yoxa çıxan silahlarla bağlı araşdırmaların davam etdiyini bildirib. İtirilmiş əşyaların müvafiq olaraq fevralın 12-də və aprelin 1-də iki hərbi bazaya (Tolemaida və La Quajira) qəfil səfərlər zamanı aşkar edildiyi açıqlanıb.

XƏBƏR LENTİ
13.07.2024 2880

DİGƏR XƏBƏRLƏR

Loading
Top