Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

CƏMİYYƏT 27.04.2024 2757
Sumqayıt Dövlət Universitetinə yeni rektor müşaviri təyin olunub.

"Saat24.az " xəbər verir ki, "Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, bu vəzifəyə 33 yaşlı Günay Kazımzadə gətirilib.
Ətraflı

Günay Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə "İlin gənc tədqiqatçısı” seçilib. O, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, "Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub. Eyni zamanda TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır.

Qeyd edək ki, SDU-nun rektoru Rüfət Əzizovdur.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top