Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb

DÜNYA 26.04.2024 3105

Türkiyədə 49 ölkədən hərbçilərin iştirak etdiyi EFES-2024 beynəlxalq hərbi təlimləri başlayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

"Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış ən böyük təlimlərindən biri olan EFES-2024-ün kompüterləşdirilmiş komanda-qərargah mərhələsi aprelin 25-də başlayıb və mayın 8-dək davam edəcək. Təlimlərin faktiki mərhələsi mayın 9-dan 30-dək baş tutacaq”, - Müdafiə Nazirliyindən bildirilib.

Hazırda EFES-2024 təliminə 49 ölkədən 1567 hərbçi cəlb olunub və daha çoxu təlimin faktiki mərhələsində manevrlərdə iştirak edəcək.

XƏBƏR LENTİ
04.05.2024 3042

DİGƏR XƏBƏRLƏR

Loading
Top