![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/4/26/1/920abc08-128b-46cb-8813-1c33c33272de/1714110417nato_secretary_generalthumb.jpg)
NATO ölkələri son aylarda Ukraynaya vəd edilmiş hərbi yardımı göndərməyib.
"Saat24.az" xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Almaniyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, ABŞ-nin Kiyevə yeni yardım paketi ilə bağlı razılığa gəlməsi aylar çəkib, Avropa İttifaqı isə vəd etdiyi sayda raketləri çatdırmayıb: "Gəlin düzünü deyək: Reallıq budur ki, NATO müttəfiqləri son aylarda Ukraynaya vəd etdikləri yardımı göstərməyiblər".
Aprelin 24-də ABŞ Senatı Ukraynaya 61 milyard dollar yardımın ayrılmasını təsdiqləyib. ABŞ administrasiyası 2023-cü ilin noyabrından bu qanun layihəsi ilə bağlı razılığa gələ bilmir.