Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

CƏMİYYƏT 25.04.2024 2447
2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

"Saat24.az" bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Zakir Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.//Qaynarinfo

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top