Enerji Məsələlərini Tənzimləmə Agentliyi 200 kVt-dan yuxarı elektrik qurğularına texniki baxış keçirəcək

İQTİSADİYYAT 22.04.2024 2951

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sifarişçilərin təqdim etdiyi ərizə və sənədlər əsasında 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış keçirəcək.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilib.

Həmçinin elektrik gücü 200 kVt-dan yuxarı elektrik qurğularının quraşdırılması və ya yenidən qurulması zamanı Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə razılaşdırılacaq.

Elektrik gücü 200 kVt-dan yuxarı obyektin daimi istismara buraxılması və elektrik şəbəkəsinə qoşulması məqsədilə sifarişçi və ya mülkiyyətçi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə baxış üçün elektrik qurğusunu, eləcə də layihə, icra və digər texniki sənədləri təqdim etməlidir. Eləcə də, elektrik gücü 200 kVt-dan yuxarı elektrik qurğularına gərginliyin verilməsi, yalnız Enerji Məsələlərini Tənzimləmə Agentliyindən icazə alındıqdan sonra, istehlakçı və enerjitəchizatı müəssisəsi arasında elektrik təchizatına dair müqavilə əsasında yerinə yetiriləcək.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top