Hacıqabulda "avtoşluq" edən şəxs SAXLANILDI

CƏMİYYƏT 22.04.2024 2883

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.

Lakin sürücü, Şirvan şəhər sakini Cavid Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədlərinin, eləcə də sürücülük hüququnun olmaması müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə C.Babayev 30 sutka inzibati qaydada həbs edilib.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top