Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Sadə xəbər
DÜNYA 19.04.2024 3095
Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsddə köməklik etməkdə şübhəli bilinən Polşa vətəndaşının saxlanılması ilə bağlı danışıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "Onet "yazıb.

Polşa hökumətinin başçısı bildirib ki, Aİ liderləri arasında çərşənbə və cümə axşamı günü Brüsseldə keçirilən danışıqlarda "Avropa seçkiləri zamanı dezinformasiya və kiber təcavüz yolu ilə Rusiyanın təsirini” müzakirə ediblər.

Onun sözlərinə görə, bu, Rusiya kəşfiyyatı ilə təmasda olan, prezident Zelenskiyə qarşı sui-qəsd cəhdi hazırlayan polşalının saxlanılması ilə bağlı xəbərlər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Tusk qeyd edib ki, bu həbs kifayət qədər haqlıdır. 

"Yalnız tək bir dəli hadisəsi ilə məşğul olsaq belə, siyasi qətllərin əhəmiyyətli bir hissəsi yalqız-dəlilərin təşəbbüsü ilə baş verir. Biz dərk etməliyik ki, xüsusilə bu zaman diqqətimizi təhlükəsizlik məsələlərinə yönəltməliyik", - Tusk bildirib.

Xatırladaq ki, Polşa hüquq-mühafizə orqanları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Zelenskiyə qarşı sui-qəsd planlaşdırmaq üçün Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən Polşa vətəndaşı Pavel K.-ni saxlayıb.

Həmin şəxs aprelin 17-də Polşada saxlanılıb. O, xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etməyə hazır olmaqda ittiham olunub. Buna görə maksimum 8 il həbs cəzası nəzərdə tutulur.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top