Göyçək Ana o qədər mehriban, o qədər şirindil -Jalə Əliyeva

Sadə xəbər
CƏMİYYƏT 09.04.2024 3367
Saat24.Az xəbər verir ki,bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.

Əslən Zərdab rayonundan olan, Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizir Faiq Vəlizadənin anası Göyçək Ana uzun sürən xəstəlikdən sonra bu gün haqqın dərgahına qovuşub. Çox üzücü xəbər oldu... Göyçək Ana o qədər mehriban, o qədər şirindil, o qədər şükürlü, o qədər qədirbilən idi ki!.. Dilindən dua, minnətdarlıq kəlmələri heç əskik olmazdı... Xəstəliklə çox mübarizə apardı. Ümidini heç itirmirdi. Faiqin övladları üçün yaşamaq istəyirdi, Faiqin  nəfəsini onlardan alırdı... Allah rəhmət etsin! Nur içində yatsın! Amin!

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top