Üzərinə həbs qoyulan əmlakların satışı necə aparılacaq? - VİDEO

İQTİSADİYYAT 02.04.2024 3014
Sahibinin icazəsi olmadan üzərinə həbs qoyulmuş əmlakın satışı mümkün olmayacaq.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə əmlakın üzərinə həbs qoyulduqdan sonra onun qısa müddətdə satılması üçün müxtəlif vasitələrə əl atılırdı:

"Vətəndaşın məlumatı olmadan əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılırdı. Yeni qərarların tətbiqindən sonra belə halların qarşısı alınacaq. Satış prosesində əmlak sahibinin iştirakına da şərait yaradılacaq. Amma burada bəzi istisna hallar da olacaq”.

Millət vəkili əlavə edib ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinin yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Daha ətraflı "Xəzər Xəbər”in süjetində:

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top