Sadə xəbər
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
"Saat24.az" "Report"a istinadən məlumat verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.