BMT-nin tanınmış diplomatı istefa verdi

DÜNYA 26.03.2024 2458
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits vəzifəsindən istefa verib.

"Saat24.az"ın ABŞ bürosunun xəbərinə görə, o, səhhətindəki problemlərlə əlaqədar tutduğu vəzifədən uzaqlaşmaq niyyətində olduğunu deyib.

BMT Baş katibi Antoniu Quterreş dünyanın bir çox münaqişəli bölgələrində böhrandan təsirlənən insanların müdafiəsində və onların ehtiyaclarını həll etmək üçün resursların səfərbər edilməsində göstərdiyi mühüm xidmətlərinə görə Qriffitsə minnətdarlığını bildirib: "BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinə rəhbərlik edən cənab Qriffits bu vəzifəyə 2021-ci ilin iyul ayında gəldi. Humanitar ehtiyacların artdığı və resursların azaldığı bir vaxtda ehtiyac sahiblərinə həyatı əhəmiyyət daşıyan yardımların və resursların çatdırılmasında müstəsna rol oynadı.

Bacarıqlı diplomat və vasitəçi kimi o, BMT-nin humanitar missiyasına rəhbərlik etməklə ən çətin böhranların həlli yolları üçün danışıqlarda əsas rol oynamışdır. Cənab Qriffits iyunun sonuna kimi vəzifəsində qalacaq".
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top