Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox artırıb

Sadə xəbər
İQTİSADİYYAT 25.03.2024 1957

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 17,047 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Saat24.az” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana ixrac qonşu ölkənin yerli məhsul ixracının 4,6 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 372,417 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 25,1 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (79,91 milyon ABŞ dolları; 25,3 % az), Türkiyə (53,673 milyon ABŞ dolları; 6 % az), Çin (43,551 milyon ABŞ dolları; 59 % az) və Ermənistan (19,419 milyon ABŞ dolları; 25,9 % az) olub.

XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top