Zelenski dünyaya müraciət edib: Təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir

Sadə xəbər
DÜNYA 22.03.2024 1568

Gecikmələrin və təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir.

Saat24.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin beynəlxalq ictimaiyyətə “X” vasitəsilə müraciətində deyilir.

Ölkə lideri bildirib ki, Ukraynaya yardım paketlərindən fərqli olaraq Rusiyaya raket tədarükündə gecikmələr olmur.

V.Zelenski Ukrayna şəhərlərinin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb: “Tərəfdaşlarımız nəyin lazım olduğunu dəqiq bilirlər. Onlar bizi mütləq dəstəkləyə bilərlər. Bu, zəruri məsələdir”.

Ukrayna Prezidentinin sözlərinə görə, kütləvi raket hücumuna məruz qalmış şəhərlərdə elektrik enerjisinin verilişi bərpa olunur.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri son 2 gündür ki, Ukraynaya kütləvi raket hücumu edir.

XƏBƏR LENTİ
08.11.2024 2322

DİGƏR XƏBƏRLƏR

Loading
Top