İrandan ballistika raketləri: G7 ölkələri xəbərdarlıq etdi: “Sürətli cavab olacaq”

DÜNYA 16.03.2024 2926
G7 ölkələri İrana xəbərdarlıq edib ki, əgər Rusiyanı ballistik raketlərlə təchiz edərsə, İrana qarşı ciddi sanksiyalar tətbiq edəcəklər.

"Saat24.az"  xəbər verir ki, Le monde-nin yazdığına görə, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya İranın Ukrayna vətəndaşlarına qarşı hücumlar üçün kamikadze dronları tədarük etdikdən sonra belə bir ehtimalı nəzərdən keçirməsi barədə xəbərlərdən çox narahatdırlar.

"İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiyalar tədarük etməyə başlayarsa, biz əhəmiyyətli yeni sanksiyalar da daxil olmaqla, sürətli və koordinasiyalı tədbirlərlə cavab verməyə hazır olacağıq”.

Vaşinqton Rusiyanın artıq raketləri aldığını təsdiq edə bilmir, lakin adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi "bunun baş verə biləcəyi real risk” barədə xəbərdarlıq edib.

"Bizim nəzərdən keçirdiyimiz variantlardan biri Iran Air-in Avropaya uçuşunu dayandırmaq idi", - o deyir.

Xatırladaq ki, Qərb mediası dəfələrlə İranın "yer-yer” raketlərinin Rusiyaya göndərilməsi ehtimalı barədə məlumat yayıb.

Fevralın sonunda Reuters yazıb ki, Moskva artıq 400-ə yaxın ballistik raket alıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu sözləri təkzib edib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top