Qarşılaşdığınız vəziyyətlər tarazlığınızı pozmağa səbəb olacaq - BÜRCLƏR

CƏMİYYƏT 11.03.2024 2295

 Astroloqlar 11 mart 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Saat24.az" həmin proqnozları təqdim edir:

Qoç:  
Bu gün sizi çox aktiv bir gün gözləyir. Hissləriniz və məntiqiniz indi eyni istiqamətdə hərəkət etməyə başlayır. Ətrafınızdakı insanlar, qardaşlarınız, qohumlarınız və ailənizlə bağlı məsələlər daha çox gündəminizdə olacaq. Şəxsi inkişafınızın qayğısına qalmaq, qısa təlimlərə başlamaq və ya yeni məlumatlar əldə etmək üçün araşdırmalar etmək istəyə bilərsiniz. 

Buğa: 
Bu gün müsbət və ya mənfi emosiyalarla zəngin bir gün ola bilər. Sizdən gizlədilən məlumatların arxasınca gedə bilər və  arxanızdan çevrilən işlərin nə olduğunu öyrənmək istəyə bilərsiniz. Ətrafınızda şübhələndiyiniz vəziyyətlər və ya insanlar varsa, onlarla qarşılaşmaq istəyə bilərsiniz. Lakin bu, müəyyən gərginliyə səbəb ola bilər. Partnyorunuzla münasibətinizlə bağlı məsələlərdən danışmaq istəsəniz belə, cavab almaqda çətinlik çəkə bilərsiniz.  

Əkizlər: 
İnsanların sıx olduğu yerlərdə ola və ya dostlarınızla görüşə bilərsiniz. Ətrafınızda yeni insanlarla tanış ola və sizi həyəcanlandıran mövzular haqqında söhbət edə bilərsiniz. Alış-veriş və ticarət məsələləri gündəminizdə olacaq.

Xərçəng: 
Karyera həyatınızla bağlı yeni qərarlar verəcəksiniz. Çalışdığınız mühitdə yeniliklər baş verə bilər. Ofis və ya iş dəyişikliyi kimi məsələlər gündəminizdə olacaq. 

Şir: 
Bu gün təhsil sahəsində yeni addımlar ata və ya yeni bir şey öyrənmək üçün hərəkətə keçə bilərsiniz. Gün ərzində zaman-zaman çətinlik çəkdiyinizi hiss edəcəksiniz. Enerjiniz azala bilər, ona görə də enerjinizi düzgün istiqamətlərə yönəltməlisiniz, əks halda sağlamlıq baxımından problem yaşaya blərsiniz.

Qız:  
Özünüzlə bağlı dərk edəcəyiniz yeni hisslər və düşüncələr sizi təəccübləndirə bilər. Həyatınızdakı insanların sizə hiss etdirdiyi bu hisslərin və düşüncələrin dərin təsirini araşdırmaq istəyə bilərsiniz. İş sahəsində maliyyə məsələləri ilə maraqlanacaqsınız.

Tərəzi: 
Bu gün münasibətlərinizlə bağlı yeni fikir və ideyalarınızı ifadə etmək istəyə bilərsiniz. Emosional baxımdan qarışıq gün ola bilər. Həyatda davamlı olaraq tarazlığı qorumağa çalışarkən, qarşılaşdığınız vəziyyətlər tarazlığınızı pozmağa səbəb olacaq. Bu gün həyatınızdakı insanlar vasitəsilə özünüzdə görməli olduğunuz və üzə çıxarmağınız lazım olan xüsusiyyətləri anlamağa kömək edəcək. 

Əqrəb:
Bu gün işlərinizdə yeniliklər edə bilərsiniz. Duyğularınızı gizlətməyi və onları ifadə etməkdənsə, onları daha çox içinizdə araşdırmağı düşünə bilərsiniz. Ailəniz və tərəfdaşınızla münasibətlərinizdə gərginlik davam edə bilər. Həmkarlarınızla birlikdə ofisinizin tərtibatında yeniliklər edə bilərsiniz. 

Oxatan:  
Emosiyalarınızı və hisslərinizi bölüşmək istəyiniz bu gün yüksəkdir. Bu gün hisslərinizi və düşüncələrinizi izah etməkdən və açıqlamaqdan çəkinməyəcəksiniz. Ancaq bütün bunları edərkən, qarşılıq gözləmədən  hərəkət etmək lazımdır. Uşaqların təhsil həyatı və ev rejimi ilə bağlı bəzi yeniliklər edə bilərsiniz. 

Oğlaq:  
Bu gün evdə qalmaq və yaşayış yerlərinizdə tənzimləmələr etmək istəyə bilərsiniz. Evdən köçmək və ya bəzi dəyişikliklər etməkdə maraqlı ola bilərsiniz. İnvestisiyalarınız və nağd pul idarəçiliyi ilə bağlı bəzi məhdudiyyətlər ola bilər. 

Dolça: 
Ətrafınızdakı insanların hiss və düşüncələrinə çox diqqət yetirməli ola bilərsiniz. Qısa səfərlər etmək gündəminizdədir. Maddi baxımdan sizə yaxın olan insanlarla yeni əməkdaşlıq əlaqələri yaratmaq mümkündür. Yeni kommersiya müqavilələri və sənədləşmə işləri ilə maraqlana bilərsiniz.

Balıqlar: 
Bu gün həyatınızda dəyər verdiyiniz insanlar və əşyalarla maraqlana bilərsiniz. Hisslərinizi və düşüncələrinizi sevdiyiniz insanlarla bölüşəcəksiniz. Özünüz haqqında dəyər vermədiyiniz insanlardan və hadisələrdən uzaqlaşmaq qərarı verəcəyiniz gündür. Yaxın ətrafınızdakı hadisələrlə bağlı sizi narahat edən kiçik gərginliklər ola bilər. Bəzi kommersiya müqavilələrinizi yeniləmək sizin üçün daha yaxşıdır.

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top