8 Martla bağlı maraqlı faktlar

CƏMİYYƏT 06.03.2024 2956

8 Mart "Beynəlxalq Qadınlar Günü" qadınların nailiyyətlərini xatırlamaq və şərəfləndirmək, gender bərabərsizliyi və ayrı-seçkilik haqqında məlumatlılığı artırmaq və qadınlara qlobal dəstəyi təşviq etmək üçün qeyd olunur. Bu əlamətdar günün tarixi ilə bağlı bir çox məlumatla yanaşı, bəzi bilinməyən faktlar da var. 

"Saat24.az" həmin faktları təqdim edir:

1.İlk dəfə 1909-cu ildə qeyd edilib.

1909-cu il fevralın 28-də o zamanlar fəal olan Amerika Sosialist Partiyası Nyu-Yorkda ağır iş şəraiti və aşağı maaşlara etiraz edən 15 min qadının xatirəsinə ilk Milli Qadınlar Gününü qeyd edilib.

2. Dünyada "Qadınlar günü" ilk dəfə Avropada tanınıb.

1910-cu ildə qadın hüquqlarının müdafiəçisi və Almaniya Sosial Demokrat Partiyasının Qadınlar Bürosunun rəhbəri Klara Setkin qlobal Beynəlxalq Qadınlar Günü ideyasını irəli sürüb.

3. Birləşmiş Millətlər tərəfindən tanınması uzun vaxt alıb.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Qadınlar Gününü (IWD) tanıması və qeyd etməyə başlaması 1975-ci ilə qədər çəkib.

4. Rusiya inqilabı tarixinin müəyyən olunmasında rol oynamışdır.

1917-ci ildə Rusiyada qadınlar ərzaq qıtlığına, pis həyat şəraitinə və Birinci Dünya Müharibəsinə etiraz olaraq tətil təşkil ediblər. "Çörək və sülh" uğrunda olan bu tətil rus inqilabına səbəb oldu və bu, bir neçə gün sonra çarın (II Nikolayın) taxtdan salınması ilə nəticələndi.

5. "Julian" təqvimində fərqli günə düşür.

Rusiyanın istifadə etdiyi Julian təqvimində bu tarix fevralın 23-nə təsadüf etsə də,  Qriqorian təqvimi bütün dünyada qəbul olunduğu üçün 8 Mart Beynəlxalq Qadınlar Günü kimi müəyyən edilib.

6. Bəzi ölkələrdə "Qadınlar günü" ictimai bayramdır.

Avropa İttifaqı ölkələrinin heç birində dövlət bayramı olmayan Beynəlxalq Qadınlar Günü bəzi ölkələrdə dövlət bayramı kimi qeyd olunur. Məsələn, Çində bir çox qadın yarım günlük tətil edə bilər. Bundan əlavə, Makedoniya, Özbəkistan, Serbiya və Albaniya kimi bəzi ölkələrdə Qadınlar Günü Analar Günü ilə birlikdə qeyd olunan ümumi bayramdır. Bundan başqa, Azərbaycan və Ermənistanda bayram sayılan bu gün Türkiyədə istirahət günü kimi qeyd edilmir.

7. Müəyyən rənglər ilə qeyd edilir.

"Beynəlxalq Qadınlar Günü" veb saytına görə, bu günün 1900-cü illərin əvvəllərində Qadınların Sosial və Siyasi Birliyində (WSPU) səsvermə hüququ müdafiəçilərindən qaynaqlanan xüsusi rəngləri var. Bənövşəyi rəng ədaləti, sədaqəti və ləyaqəti, yaşıl rəng ümidi, ağ rəng isə saflığı təmsil edir.

8. Hər il fərqli mövzuda keçirilir.

1996-cı ildən bəri hər il "Beynəlxalq Qadınlar Günü"nün rəsmi mövzusu var. Lakin 1996-cı ildə BMT-nin qəbul etdiyi ilk mövzu “Keçmişi qeyd etmək, gələcəyi planlaşdırmaq” olub.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top