![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/5/1/e0d36e56-59ec-4da2-a8b3-b25ca57b2c57/170958281565e58e8fa8df865e58e8fa8df9170954305565e58e8fa8df665e58e8fa8df7.jpg)
Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
"Saat24.az" xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.