Dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklər olunub

CƏMİYYƏT 20.02.2024 2583

Dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub. 

"Saat24.az" xəbər verir ki, təqdim edilmiş dəyişikliklərə əsasən bir sıra kolliziya yarada biləcək hallar müəyyən edilərək aradan qaldırılıb. Belə ki, dəniz üzgüçülüyünün təhlükəsizlik fəaliyyəti ilə bağlı gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi, dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, həmçinin məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi, bələdçinin fəaliyyətinin təşkili öz əksini tapır. 

Eyni zamanda, gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi, gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması ilə bağlı tariflər də müəyyən olunub.

Qanun layihələrində dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit edilmiş qurum olan Dövlət Dəniz və Liman Agentliyinin göstərişlərinin icra edilməməsi, bu sahədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi tələblərə zidd olaraq gəmilərin istismar və idarə edilməsinə görə inzibati məsuliyyət tətbiq olunmuşdur. 

Yuxarıda qeyd edilənlərə uyğun olaraq bu sahədə əlavə islahat tədbirlərinin görülməsi nəzərdə tutulur. 

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top