Tanınmış hüqüqşünas türk həkim tərəfindən məhkəməyə verildi

Sadə xəbər
CƏMİYYƏT 19.02.2024 2674

Vəkil Əkrəm Şirvan oğlu Həsənov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilib.

“Saat24.az”ın məlumatına görə, Əkrəm Həsənov barəsində şikayətə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva baxacaq.

Məhkəməyə Əkrəm Həsənovdan şikayət verən Türkiyə əsilli həkim Öndər Tulumbacıdır. Həkim hüquqşünası ona böhtan atmaqda ittiham edir. 

Belə ki, Əkrəm Həsənov bir neçə gün öncə sosial şəbəkədə süni mayalanma ilə bağlı Öndər Tulumbacının adını çəkməklə belə bir status paylaşmışdı: "Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur?”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top